Tovuzda göldə qadın meyiti aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.
Belə ki, sözügedən göldən rayon sakini 2000-ci il təvəllüdü N. Cəfərovanın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Araşdırma zamanı qadının üzərində zorakılıq işləri aşkar edilməyib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.