Təyyarə yaşayış binasının üzərinə düşdü:  15 nəfər öldü   - VİDEO -  YENİLƏNİB
18 oktyabr 2022 22:01 (UTC +04:00)

Təyyarə yaşayış binasının üzərinə düşdü: 15 nəfər öldü - VİDEO - YENİLƏNİB

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.

Lent.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova məlumat verib.
Hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.

***

17.26

Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcı-bombardmançı təyyarəsinin yaşayış binasının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Lent.az bildirir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər dağıntılar altından kişi cəsədi tapıblar. Ağır yandığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, ölənlərin 3-ü uşaqdır
 

***

07:15

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altından qalan daha 10 nəfərin meyiti çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Beləliklə hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər ölüb.

Son məlumata görə, 19 nəfər yaralanıb.

Dağıntılar altından 68 nəfər xilas olunub, 360 nəfər isə təxliyə olunub.

***

Saat 01:17

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova hadisə yerində məlumat verib.

Son məlumata görə, 19 nəfər yaralanıb, 6 nəfərin taleyi isə məlum deyil.

Yaralanan şəxslərdən ikisi uşaqdır.

***

17.10.2022

Saat 22:39

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə regiondakı Operativ Qərargah məlumat verib.

Hadisə nəticəsində 25 nəfər yaralanıb, 6 nəfərin taleyi barədə isə məlumat yoxdur.

***

Saat 22:13

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Həkimlər biri uşaq olmaqla 8 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Ümumilikdə hadisə nəticəsində 21 nəfər yaralanıb.

***

Saat 21:16

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər yaralanıb.

***

Saat 19:41

Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarə yaşayış binalarının üzərinə düşüb.

Lent.az bildirir ki, bu barədə “Mash” məlumat yayıb.

Hadisənin Qərb küçəsində baş verdiyi iddia edilir. Şahidlərin sözlərinə görə, təyyarə hərbi olub. 

"Shot" Telegram kanalının məlumatına görə, təyyarə çoxmərtəbəli binanın yaxınlığında qəzaya uğrayıb, lakin partlayışdan sonra yanğın binaya keçib.

Kanal 112 əlavə edir ki, bu, tam sursatı olan L-39 təlim təyyarəsidir. Yanğın nəticəsində azı 15 mənzilə ziyan dəyib.

Hadisə zamanı ölənlərin olduğu da bildirilir.

“İnterfaks” şəhərin vahid dispetçer xidmətinə istinadən xəbər verir ki, Su-34 hərbi təyyarəsi Krasnodar diyarının Yeysk şəhərində yaşayış binasının üzərinə düşüb.

Təyyarə yaşayış binasının üzərinə düşdü

# 11517
avatar

Oxşar yazılar