Krasnodar diyarının Yeysk şəhərində Su-34 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 7 nəfərinin bir ailənin üzvü olduğu üzə çıxıb.
Lent.az bildirir ki, bu barədə TASS şəhər administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verirb
Daha əvvəl ölənlər siyahısında İşenko soyadlı 6 nəfərin olduğu bildirilirdisə, sonradan onların sayı 7-yə yüksəlib.
Qeyd edək ki, hadisə zamanı 15 nəfər həlak olub.