Tərtərdə mina PARTLADI : yaralı var
26 aprel 2023 09:45 (UTC +04:00)

Tərtərdə mina PARTLADI: yaralı var

0

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Lent.az-a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Qeyd edilib ki, xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir və həyatı təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3437

Oxşar yazılar