"Tərtər işi" üzrə həbs edilən daha 8 nəfərin hökmü ləğv edildi
02 noyabr 2022 18:10 (UTC +04:00)

"Tərtər işi" üzrə həbs edilən daha 8 nəfərin hökmü ləğv edildi

0

"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub. 

Vəkil Rəsul Cəfərov APA- ya bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin Emil Əliyev təqsirləndirilən şəxs statusuna qaytarılıb.

***

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Lent.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3339

Oxşar yazılar