Telefon xətti çəkən usta iş başında öldü - SƏBƏB
20 may 2022 14:35 (UTC +04:00)

Telefon xətti çəkən usta iş başında öldü - SƏBƏB

Şamaxıda elektrik tərmiçisi faciəvi şəkildə ölüb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 53 yaşlı Cahangir Tanrıverdiyevin ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Mehman Nəbiyev

Oxşar yazılar