Təcili Yardımın sürücüsü  BIÇAQLANDI
03 iyul 2022 10:54 (UTC +04:00)

Təcili Yardımın sürücüsü BIÇAQLANDI

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.

APA-nın xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir.

APA-nın əldə etdiyi məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 12165
avatar

Oxşar yazılar