Şəkidə tapılan uşaq skeletləri bu gün ən çox diqqət çəkən məsələlərdən oldu. Deyilənə görə, bu uşaqların öldürülməsi təxminən 100 il əvvələ təsadüf edir. Maraqlıdır, o uşaqlar SSRİ dövründə və ya daha əvvəl öldürülüb?
Hadisə "Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu"nda yerləşən və hazırda "Şəbəkə sexi" kimi istifadə olunan ərazidə qeydə alınıb.
Arxeoloq Anar Ağalarzadə Lent.az-a açıqlamasında bildirib ki, skeletlər qazıntıdan xaotik şəkildə çıxıb, yəni arxeoloji qazıntılar zamanı aşkar olunmayıb.
Onun sözlərinə görə, bu səbəbdən biz skeletlərin hansı dövrə aid olduğunu deyə bilmərik:
“Əgər, bu skeletlər qanunauyğun olaraq arxeoloqlar tərəfindən təmizlənsəydi həmin skeletlər barəsində hər hansı bir məlumat əldə edə bilərdik. Orada nə aşkar olunubsa hələ elm üçün məlum deyil”.