Çinin Suçjou şəhərində çıxış zamanı Sun adlı akrobat yıxılaraq ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Sun əri, Çjan soyadlı akrobatla birlikdə trapesiya nümayiş etdirib. O, Sunu ayaqları ilə tutmalı olsa da, amma bacarmayıb. Nəticədə qadın tamaşaçıların gözü qarşısında böyük hündürlükdən yıxılıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Sunun iki övladı qalıb. Qəza ilə bağlı araşdırma aparılır.
Cütlük uzun illər sığortasız birlikdə çıxış edərək, bununla da əyləncəni artırmağa və tamaşaçıları cəlb etməyə çalışıb.
Çində bir çox insan baş verənlərdən şoka düşüb və akrobatikada təhlükəsizlik tədbirlərinin zəif olmasından narahat olduğunu bildirib. Yerli mədəniyyət və turizm departamentindən verilən açıqlamaya görə, tamaşanı hazırlayan truppa onun keçirilməsi üçün kifayət qədər icazə almayıb və buna görə məsuliyyət daşıyacaq.