Sürücü avtomobillə uşağın üstündən keçdi
20 iyun 2022 02:29 (UTC +04:00)

Sürücü avtomobillə uşağın üstündən keçdi

0

Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2959

Oxşar yazılar