Süpürgəçini   avtomobil vurdu
17 oktyabr 2022 01:35 (UTC +04:00)

Süpürgəçini avtomobil vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Bahar qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 

# 1764
avatar

Oxşar yazılar