Sumqayıtda sexdə YANĞIN  oldu, Bakıdan kömək GETDİ - YENİLƏNİB
13 oktyabr 2022 22:56 (UTC +04:00)

Sumqayıtda sexdə YANĞIN oldu, Bakıdan kömək GETDİ - YENİLƏNİB

Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80m² sahədə, içərisində olan soba yanıb.

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

***

Saat 22:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Saat 21:46

Sumqayıtda şüşə məmulatları istehsal edən sexdə baş verən yanğın söndürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1000 kvadratmetr sahədə baş verən yanğın yerində hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, baş vermiş yanğınla əlaqədar Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarından hadisə yerinə əlavə briqada göndərilib.

***

Saat 21:15

Sumqayıtda şüşə məmulatlar istehsal edən sex güclü yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadiosə Çerkassı küçəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və 7 yanğınsöndürən maşını cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

***

Saat 20:33

Sumqayıtda sexdə yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 4758
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11