Sumqayıtda qadını aldadıb qarət etdilər
18 aprel 2023 13:53 (UTC +04:00)

Sumqayıtda qadını aldadıb qarət etdilər

0

Sumqayıtda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 7-də şəhər sakini olan bir qadının 1000 manatı, qızıl-zinət əşyaları və mobil telefonu aldatma yolu ilə əlindən alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Dövlət Alışov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2012

Oxşar yazılar