Sumqayıtda “Nissan” yandı -  VİDEO
29 oktyabr 2026 23:25 (UTC +04:00)

Sumqayıtda “Nissan” yandı - VİDEO

0

 

Sumqayıt şəhərində minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Yanğın barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb, avtomobilin qalan hissəsi isə yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar