Sumqayıtda beşmərtəbəli binada yanğın-Sakinlər təxliyə edilib
17 mart 2024 18:05 (UTC +04:00)

Sumqayıtda beşmərtəbəli binada yanğın-Sakinlər təxliyə edilib

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan su borusu 0.5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar