İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.