Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.
TƏBİB-dən Lent.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir.
Qeyd edək ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində mikroavtobus aşıb. Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.