Şirvanda bir ay əvvəl özünü yandıran müharibə iştirakçısı  vəfat etdi   - FOTO
18 oktyabr 2022 02:00 (UTC +04:00)

Şirvanda bir ay əvvəl özünü yandıran müharibə iştirakçısı vəfat etdi - FOTO

Şirvanda özünü yandıran Vətən müharibəsi iştirakçısı xəstəxanada vəfat edib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, Şirvanda yaşayan Yardımlı rayon sakini - 1990-cı il təvəllüdlü Abdıyev Elmir Pənahəli oğlu sentyabrın 18-i özünü yandırıb.

Üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdıyev elə həmin gün Bakıdakı yanıq şöbəsinə yerləşdirilib.

Lakin 1 ay ərzində aldığı müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar həmin gün məlumat yaymışdır.

Nazirliyin verdiyi xəbərə görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunmuşdur.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürmüşdür.

Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilmişdir

Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd etmişdir.

Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15