Sığınacaqdakı heyvanları torbalara qoyub zibilliyə atdılar
11 oktyabr 2024 15:39 (UTC +04:00)

Sığınacaqdakı heyvanları torbalara qoyub zibilliyə atdılar

Türkiyədə heyvan sığınacağında it və pişikləri öldürərək zibilliyə atıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Qebze qəsəbəsində baş verib. Vətəndaşlar zibil qutularındakı torbaların içərisindən heyvanları çıxararaq, görüntülərini çəkiblər.

Məlumata görə, həmin it və pişiklər Qebze bələdiyyəsinin tabeliyində olan sığınacaqda iynə vurularaq torbalara yığılıb. Heyvanlardan bəziləri ölsə də, sağ qalanları da olub. Onların üzərlərində iynə izləri aşkar olunub.

Məsələ ilə bağlı hələlik bələdiyyədən açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Oxşar yazılar