Aprelin 17-də Aralıq dənizində İtaliya maliyyə polisi bölgənin aviasiya patrulu zamanı dəyəri 400 milyon avrodan çox olan böyük bir kokain partiyası aşkar edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, qeyd olunur ki, İtaliyanın Siciliya adasının sahillərində dənizdə ümumi çəkisi iki ton olan kokain partiyası aşkar edilib. Bu, İtaliyada indiyə qədər aşkar edilmiş ən böyük narkotik tapıntılarından biridir.
Kokain torlu su keçirməyən 70 torbaya bükülüb.
Polisin məlumatına görə, narkotiklər daha sonra çıxarılması və materikə daşınması üçün yük gəmiləri tərəfindən dənizə buraxılıb.