Səs yazısı yayılan direktora AĞIR İTTİHAM:  4 maddə ilə...
31 oktyabr 2022 18:21 (UTC +04:00)

Səs yazısı yayılan direktora AĞIR İTTİHAM: 4 maddə ilə...

Xəbər verildiyi kimi, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ağstafa rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış istintaq zamanı, Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin sabiq direktoru Mətanət Məmmədovanın işlədiyi müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Mətanət Məmmədovanın Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən təkrar istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Direktorun səs yazısını buradan dinləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2666

Oxşar yazılar