Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...
05 fevral 2023 22:25 (UTC +04:00)

Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən Yamin şadlıq sarayında qeydə alınıb.

Rayonun Dəllərcəyir kənd sakinkəri - 1996-cı il təvəllüdlü Nərimanlı İntiqam Fəxri oğlu qolunun,1993-cü il təvəllüdlü Məmmədli Məmməd Yunis oğlunun qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə tibbi  yarım göstərilib. Məmməd Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə hər iki şəxs toyda tanıdığı Novruz adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisə vaxtı onlar sərxoş olublar. Faktla bağlı araşdırma aparılır.
 

# 2301
avatar

Oxşar yazılar