Şəmkirdə qohumlar arasında qan düşdü
09 aprel 2023 15:00 (UTC +04:00)

Şəmkirdə qohumlar arasında qan düşdü

Şəmkir sakini dayısı oğlunu bıçaqlayıb.

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən bazarda qeydə alınıb.

46 yaşlı Elşən Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Elşən Məmmədov bibisi oğlu tərəfindən bıçaqlanıb. İlkin məlumata görə hadisəyə səbəb onların arasında düşən mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar