Şəmkirdə 36 yaşlı kişi meyiti aşkarlanıb.
Rayonun Aşağı Seyfəli kəndində qeydiyyatda olan, Çinarlı qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü (36 yaş) Qurbanov Elçin Firudin oğlunun rayonun Abbaslı kəndi ərazisində meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./APA