Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki rayonunun Zunud kənd sakini, 30 yaşlı Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
Tünzalə Məmmədovanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.