Novosibirsk vilayətinin Ob şəhərində sehrbazlıq edən yeniyetmə xəstəxanalıq olub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Voennıy Qorodok küçəsindəki mənzillərdən birində baş verib. 15 yaşlı yeniyetmə odla sehr göstərərək dostlarını heyran etmək istəyib. Belə ki, o, ağzına yanacaq töküb sonra da yandırıb.
Yeniyetmə təcili yardım maşını ilə rayon xəstəxanasının yanıq şöbəsinə aparılıb. Həkimlər ona üz və boyun nahiyəsinin birinci və ikinci dərəcəli termiki yanığı diaqnozu qoyublar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.