Səhhətində problem olan sürücü qəza törətdi, ölən var
11 yanvar 2025 10:26 (UTC +04:00)

Səhhətində problem olan sürücü qəza törətdi, ölən var

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.

Lent.az xəbər verir ki, yol polisi müraciətində səhhətində problem olan sürücülərdən sükan arxasında əyləşməməyi tövsiyə edib:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir.

Səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən  keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.

Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286

Oxşar yazılar

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54
Bərdədə kişi kanalda boğuldu

Bərdədə kişi kanalda boğuldu

3 iyun 2025 , 14:26