Şirvanda polis əməliyyat keçirib, saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.