15 yaşlı qıza cinsi orqanını göstərdiyi üçün saxlanılan pedofil Moskva vilayətində polis idarəsində dünyasını dəyişib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qorxu içində olan məktəbli qızın anası Balaşixada evinin girişində yaşanan əxlaqsızlıq barədə polisə şikayət edib. Hadisə yerinə gedən polislər həmin cinayətkarı qadının dediyi kimi, evin girişində tapıblar.
Məlum olub ki, bu, soyğunçuluqda şübhəli bilinən 52 yaşlı Romandır.
O, istintaq üçün şöbəyə aparılıb, heç bir müqavimət göstərməyib. Ancaq təxminən on dəqiqədən sonra vəziyyəti pisləşib. Təcili yardım həkimləri saxlanılan şəxsi reanimasiya etməyə çalışsalar da, onun öldüyü məlum olub.
Onun hansı səbəbdən öldüyünü müəyyənləşdirmək üçün yoxlama aparılır.