Şamaxıda tikilidən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 13-nə keçən gecə Şamaxı şəhəri ərazisində yerləşən şirkətlərin birinə məxsus tikilidən dəmir inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şamaxı rayon Polis Şöbəsi oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar M.İsmayıloğlu və iki qardaşı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.