Şamaxıda 2 "VAZ" toqquşdu - Yaralılar var  - FOTO
03 avqust 2021 21:19 (UTC +04:00)

Şamaxıda 2 "VAZ" toqquşdu - Yaralılar var - FOTO

Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Şamaxı şəhərində 56-BX-807 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-GR-201 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 2091
avatar

Oxşar yazılar