Salyanda AĞIR QƏZA:  Ölənlərin sayı 4-ə çatdı -  YENİLƏNİB2
21 iyul 2026 01:05 (UTC +04:00)

Salyanda AĞIR QƏZA: Ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB2

0

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu və daha bir nəfər həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

***

19:30

Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Lent.az-ın xəbərinə görə, qəzada yaralananlar Salyan xəstəxanasına çatdırılıb.

***

18:47

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.(APA)

Salyanda yol qəzasında 2 nəfər ölüb - FOTO

Salyanda yol qəzasında 2 nəfər ölüb - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2122

Oxşar yazılar