Şabranda  qızıl oğruları   tutuldu
17 oktyabr 2022 13:06 (UTC +04:00)

Şabranda qızıl oğruları tutuldu

Şabranda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, bir nəfər şəxs Şabran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2200 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Riyad Məmmədov  və tanışı Elnur İbrahimov saxlanılıb.  

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində  həbs qətimkan tədbiri seçilib.

# 1578
avatar

Fidan İlqar

Oxşar yazılar