Saatlıda naməlum avtomobil piyadanı vuraraq ağır yaraladı
08 avqust 2021 02:23 (UTC +04:00)

Saatlıda naməlum avtomobil piyadanı vuraraq ağır yaraladı

Saatlıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Naməlum avtomobil Saatlı rayonunun Musalı kənd sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədovu vurub və hadisə yerindən qaçıb. Ağır kəllə-beyin travması alan Elçin Məmmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar