Rusiyanın ən gözəl polisini  öldürdülər
03 noyabr 2022 17:52 (UTC +04:00)

Rusiyanın ən gözəl polisini öldürdülər

Rusiyanın ən gözəl polis qadını qətlə yetirilib. 

Lent.az-ın məlumatına görə, hadisə Samara şəhərindəki gecə klublarının birində baş verib. 

Rəfiqələri ilə klubda əylənən İrina Yankovskaya ilə iki nəfər tanış olmaq istəyib. Polis qadın onların təklifini rədd edib. 

Bundan sonra tərəflər arasında mübahisə baş verib. Nəticədə Yankovskaya sinəsindən bıçaq zərbəsi alıb və yerindəcə ölüb. 

Xatırladaq ki, İrina Yanksovkaya iki il dalbadal Rusiyada "Miss Polis" tituluna layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

Arzu Qurbanlı

Oxşar yazılar