Bu gün səhər saatlarında Sankt-Peterburqda Rusiyanın qida sahəsində ən böyük şirkətlərindən olan “İntertorq” və “Spar” ərzaq mağazalar şəbəkəsinin sahibi Allahverdi Abdullayev həbs olunub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Rusiya FTX-nin əməkdaşları bu şirkətin 50-dən çox obyektində eyni anda əməliyyata başlayıb. Nəticədə Allahverdi Abdullayev və şirkətin bir neçə meneceri saxlanılıb. Onlar “Sberbank”dan 8 milyard rubl vəsaiti oğurlamaqda, habelə digər dələduzluq əməllərində ittiham olunurlar.
Xatrıldaq ik, Allahverdi Abdullayevlə birgə onun qardaşı Müşfiq də eyni əməldə təqsirli bilinir. Amma Müşfiq Abdullayev Rusiyadan kənrada olduğu üçün onu həbs edə bilməyiblər. Xatırladaq ki, “İntertorq” Rusiyanın ən böyük mağaza şəbəkələrindən sayılır.