Sertolovoda baş verən partlayış nəticəsində üç nəfər həlak olub.
Lent.az bildirir ki, 112-nin məlumatına görə, üçüncü qurbanın cəsədi dağıntıların təmizlənməsi zamanı tapılıb.
***
16 :39
Leninqrad vilayətinin Vsevolojsk rayonunda hərbi komendantlıq binasında partlayış baş verib.
Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb. Binanın üçüncü mərtəbəsində baş verən partlayışdan sonra daha üç və ya dörd nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Sertolovodakı hərbi bazanın ərazisində hərbi polis binasının uçması nəticəsində dağıntıları təmizləməkdə və yaralıları xilas etməkdə təhlükəsizlik qüvvələrinə kömək etmək tapşırığı vermişəm", - Vilayət qubernatoru Aleksandr Drozdenko özünün Telegram kanalında bildirib.
Digər məlumata görə, partlayış Sertolovoda yerləşən hərbi polis binasından baş verib.