Şahin Şıxlıniskinin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Lent.aza Rusiya mediasına istinadla bildirir ki, Sverdlovsk vilayət məhkəməsi onun şikayətini təmin etmək üçün heç bir səbəb tapmayıb.
Beləliklə, Ş. Şıxlinski 2025-ci il dekabrın 30-dək həbsdə qalacaq.
***
10:14
Rusiyanın Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski həbsi barədə apellyasiya şikayəti edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, müraciətə baxılma tarixi 10 oktyabrda təyin olunub. Şıxlinskinin həbs müddətinin uzadılması qərarı isə sentyabrın 24-də verilib.
Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılıb. Ona qarşı qəsdən adam öldürməyə cəhd və hüquq-mühafizə orqanı əməkdaşına zor tətbiq etmək ittihamları irəli sürülüb.