"Rozetta" filminin ulduzu vəfat etdi
17 mart 2025 18:36 (UTC +04:00)

"Rozetta" filminin ulduzu vəfat etdi

Kann Film Festivalının laureatı nadir onkoloji xəstəliklə uzun müddət mübarizə aparıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Rozetta" filminin ulduzu dünyasını dəyişib. 

Belçikalı aktrisa Emilie Dequenne 43 yaşında vəfat edib. Ölümün səbəbi böyrəküstü vəzlərini zədələyən nadir bir xərçəng növü – adrenal kortikal karsinoma olub. Aktrisa Paris yaxınlığındakı Gustave Roussy xəstəxanasında dünyasını dəyişib.

Aktrisanın son işi "Yer sonrası" filmi olub. Lakin xəstəliyi səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb. Emilie Dequenne böyrəküstü vəzlərin aqressiv xərçəngi olan adrenal kortikal karsinoma ilə mübarizə aparıb. Bu nadir xəstəlik hər milyon insandan yalnız birində müşahidə edilir.

Hipertoniya, sürətli çəki artımı və qarın ağrıları kimi əlamətlərlə müşayiət olunan bu xəstəlik, erkən diaqnoz qoyulmasını çətinləşdirir. Emilie Dequenne dünya kinematoqrafiyasına böyük töhfələr verib. O, təkcə istedadlı aktrisa deyil, eyni zamanda tamaşaçılara dərin emosiyalar və həssaslıq ötürə bilən bir sənətkar idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392

Oxşar yazılar

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42