Reper mikrofonu qadın tamaşaçının başına çırpdı
02 sentyabr 2023 16:19 (UTC +04:00)

Reper mikrofonu qadın tamaşaçının başına çırpdı

0

ABŞ-da reper konsert iştirakçısının başını mikrofonla sındıraraq xəsarət yetirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Los-Ancelesdə baş verib və reper mikrofon probleminə görə əsəbiləşib. Onun yanına bir neçə mikrofon gətirilsə də, heç biri işləməyib. Bu zaman o, sonuncu gətirilən mikrofonu konsertə gələn tamaşaçıların üzərinə atıb.

Nəticədə qadın xəsarət alıb, o, təcili xəstəxanaya yerləşdirilib və konsert davam edib.

Tamaşaçı ona ağır bədən xəsarəti yetirdiyinə görə, polisə ərizə yazıb. Reperə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2281

Oxşar yazılar