Rayon sakini Bakıda maşın qaçırdı
13 aprel 2023 11:32 (UTC +04:00)

Rayon sakini Bakıda maşın qaçırdı

0

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 12-də Xətai rayonunun Q.Məmmədov küçəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov saxlanılıb.

Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2007

Oxşar yazılar