Qubada maşın qaçıran yeniyetmə saxlanıldı
15 mart 2024 10:53 (UTC +04:00)

Qubada maşın qaçıran yeniyetmə saxlanıldı

Martın 14-nə keçən gecə Siyəzən şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Emil Kazımov avtomobillə saxlanılaraq Siyəzən rayon Polis Şöbəsinə təhvil verilib.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 14-də Barlı kəndi ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 1866
avatar

Oxşar yazılar