Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.
Lent.az xəbər verir ki, hadisə vaxtı dava edən qonşuları ayırmağa gedən 1952-ci il təvəllüdlü Alim Məmmədov aldığı xəsarətlərdən ölüb.
***
Saat 00:38
Gəncədə kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, iki qonşu arasında dava düşüb.
Davaya müdaxilə etmək istəyə başqa şəxs qonşulardan birini döyüb.
Hadisə yerinə gələrkən həmin şəxs, qonşuları ayırmaq istəyən başqa adamı idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurub.
Xəsarət alanlardan biri qadın digəri isə kişidir.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fuad Nazimoğlu