Qohumunun bank kartındakı pulları oğurladı
22 mart 2024 16:27 (UTC +04:00)

Qohumunun bank kartındakı pulları oğurladı

Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb. Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

# 2724
avatar

Oxşar yazılar