Qobustanda 3 maşın toqquşdu
08 sentyabr 2022 01:47 (UTC +04:00)

Qobustanda 3 maşın toqquşdu

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Onlardan birinin xəsarəti yüngül olduğundan yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1443
avatar

Oxşar yazılar