Türkiyədə gənc oğlana qadın paltarı geyindirib oynadıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhəri Çukurova qəsəbəsində baş verib. Məlumata görə, 24 yaşlı Ahmed D. sosial şəbəkədə Berna K. ilə adlı qızla danışarkən bir-birilərini təhqir ediblər. Bundan sonra qız üzr istəmək adı ilə oğlanı bir evə çağırıb.
Ahmed D.-nı gəldiyi evdə Bernadan əlavə 3 kişi qohumu qarşılayıb. Onlar əvvəlcə Ahmedi döyüblər. Sonra isə qadın alt paltarları geyindirərək oynamağa məcbur ediblər. Qızın qohumları həmin anların videosunu çəkib.
Video sosial şəbəkədə yayılandan sonra zərərçəkən polisə şikayət edib. Saxlanılan 4 nəfər ölkədən çıxmaq qadağası qoyulmaqla sərbəst buraxılıb.