Qızının gözü qarşısında arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
20 noyabr 2023 14:08 (UTC +04:00)

Qızının gözü qarşısında arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Rəsulov Zamin Kinyaz oğlu dünyasını dəyişib.  

Məhkumun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Z.Rəsulov həyat yoldaşını öldürməkdə təqsirli bilinərək həbs edilmişdi.

Hadisə 2018-ci ildə Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Mübahisənin pul üstündə yarandığı bildirilir. Z. Rəsulov hadisəni qızının gözü qarşısında törədib.

Bildirilir ki, hadisəni törədən Z.Rəsulovun iki arvadı olub. N.Rəsulova onun ilk həyat yoldaşı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5161

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06