Qıza işgəncə verən qadın edam ediləcək:  Bu ştatda 200 ildə ilk
05 oktyabr 2025 19:03 (UTC +04:00)

Qıza işgəncə verən qadın edam ediləcək: Bu ştatda 200 ildə ilk

0

ABŞ-da ölüm cəzasına məhkum edilən ən gənc qadına hökm oxunub. Onun 2026-cı ildə edam edilməsi planlaşdırılır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ-ın Tennessi ştatında son 200 ildən sonra ilk dəfə qadın edam ediləcək. Vəkillərin çoxsaylı müraciətlərindən sonra Tennessi Ali Məhkəməsi edam tarixini 2026-cı il sentyabrın 20-na təyin edib. Kristi Payk ABŞ-da ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub.

Məhkum olan Kristi Payk cinayəti hələ 1995-ci ildə, 18 yaşında olarkən törədib. O, iki şəriki ilə birlikdə sinəsinə beş guşəli ulduz kəsərək başqa bir qıza işgəncə verib.

Onlar qızı Tennessi Universitetinin şəhərciyindəki meşəyə aparıblar və burada Payk ona 30-60 dəqiqə vəhşicəsinə işgəncə verib.

Cəsədi əvvəlcə heyvan qalıqları olduğunu düşünən ərazininin nəzarətçisi aşkar edib, döyülmə nəticəsində bədən eybəcər hala gəlib.

Paykın edamı Neşvildəki “Riverbend” ciddi rejimli həbsxanasında planlaşdırılır. Əgər həyata keçirilsə, Payk 1820-ci ildən bəri Tennessidə edam edilən ilk qadın olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar