Qırmızı işıqda qəza:  Xəsarət alanlar var
18 oktyabr 2022 04:00 (UTC +04:00)

Qırmızı işıqda qəza: Xəsarət alanlar var

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində qeyd alınıb.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, “Volkswagen” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib.

Bu zaman avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. “Mercedes” markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

# 1959
avatar

Oxşar yazılar