Qazaxda 87 yaşlı kişi sükan arxasında  infakt keçirdi
16 aprel 2024 21:05 (UTC +04:00)

Qazaxda 87 yaşlı kişi sükan arxasında infakt keçirdi

Qazax rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

87 yaşlı Yaşa Əhmədovun idarə etdiyi "VAZ" markalı minik maşını ilə hərəkətdə olan zaman ürəyi tutub.

İdarəetmədən çıxan minik maşını bordüra çırpılıb. Müayinə zamanı sürücünun öldüyü məlum olub.

Məlumata görə, 87 yaşlı sürücü sükan arxasında infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.

# 1674
avatar

Oxşar yazılar